Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici dil və tərəfdaşlıq Mərkəzində təşkil olunmuş növbəti intensiv ingilis dili kurslarının başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev kursu bitirən dinləyiciləri təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edib.