AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin tapşırığına əsasən qoşunların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birlik və birləşmələrdə keçirilən təlimlərə cəlb edilən müxtəlif növ hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.
Vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müəyyən olunmuş qaydaları təqdim edirik.
Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Jandarma Qüvvələrinin Baş komandanı, ordu generalı Qalip Mendinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bir qrup Qarabağ müharibəsi veteranlarının cəbhə bölgəsinə səfəri başlayıb.
Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.
Mayın 4-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ön səngərdən gələn var" adlı tədbir keçirilib.
Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında Müdafiә nazirinin tәsdiq etdiyi "Azәrbaycan Respublikasının Silahlı Qüvvәlәrinin 2016-cı ildә elmi iş planı"na әsasәn mayın 4-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb.
Mayın 3-də Azərbaycan Hərb Tarixi Muzeyində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr olunan "Azərbaycan Böyük Vətən müharibəsində" adlı tədbir təşkil olunub.