AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Sloveniya Respublikası Müdafiə Nazirliyi arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sloveniyada "Mühazirəçi mübadiləsi" tədbiri keçirilir.
2016-cı ilin tədris planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda Azərbaycan Respublikasının Milli Məclisinin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.
Mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub.
Xəbər verdiyimiz kimi, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 may 2016-cı il tarixədək 73.095.369,76 AZN, 212.373,88 ABŞ dolları, 2993,69 avro və 5000,0 rubl vəsait daxil olub.
Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin zabitləri, Silahlı Qüvvələrin baş tibb mütəxəssisləri və tibb müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.