AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İspaniya Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkənin xarici işlər üzrə dövlət katibi İqnasio İbanez Rubio ilə görüşü olub.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Hüseyn oğlu Sadıkovu 60 illik yubileyi münasibəti ilə təbrik edib.
Mayın 24-dən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniya Krallığına rəsmi səfəri başlayıb.
Mayın 23-dən 26-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) hərbi feldşerlik üzrə mübadilə proqramı, mayın 23-dən 27-dək Ankara şəhərində (Türkiyə Respublikası) strateji kommunikasiya kursu, Riqa şəhərində (Latviya Respublikası) "Hədəflərdən nəticələrə" mövzusunda konfrans, Sarayevo şəhərində (Bosniya və Herseqovina) "REGEX-16" kollektiv regional təliminin 5-ci planlaşdırma görüşü, mayın 23-dən 28-dək Norkfolk şəhərində (ABŞ) NATO Müttəfiq Transformasiya Komandanlığında tərəfdaş ölkələrin hərbi nümayəndələri ilə transformasiya seminarı, mayın 25-dən 26-dək Neapol şəhərində (İtaliya Respublikası) birgə fəaliyyət strategiyası forumu keçirilir.
Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri xanım Anna Fotıqa polşalı həmyerlisi, Azərbaycan Demokratik Respublikası dövründə milli ordu sıralarında xidmət edən, general-leytenant Məmməd bəy (Matsey) Sulkeviçin xatirəsini ehtiramla yad edib.
Mayın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotıqa ilə görüşüb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev və onun müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər.
Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.
NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən "Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə dəstək" istiqamətində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Ağdam rayonu Baş Qərvənd kəndinin şimalından keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.