Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2016 09:00

Müdafiə naziri Baş Qərargah rəisini yubileyi münasibəti ilə təbrik edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Hüseyn oğlu Sadıkovu 60 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
"Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.
Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan ordusu qısa müddətdə böyük inkişaf yolu keçmiş, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında əcdadlarımızın tarixi hərbi adət-ənənələrini yaşadaraq ölkəmizin müdafiə qüdrətinin artırılmasında böyük nailiyyətlər əldə etmişdir.
Əminəm ki, bundan sonra da xidməti vəzifələrinizi layiqincə yerinə yetirəcək, qarşıya qoyulmuş tapşırıqların uğurla həyata keçirilməsində, ordumuzun inkişafı və daha da qüdrətlənməsi naminə Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, ixtisas biliklərinə dərindən yiyələnməsində və hərbi intizamının möhkəmləndirilməsində səylərinizi daha da artıracaqsınız.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram."


Videonu bu linkdən istifadə edərək yükləyə bilərsiniz.