AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunacaq.
Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.
Mayın 8-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Heydərov Əli İntiqam oğlu şəhid olub.
Müdafiə nazirinin müvafiq əmri əsasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.
Mayın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə Hərbi Dəniz Qüvvələrinin bazasında yeni inşa edilən Dəniz hazırlığı və dalğıc poliqonunun açılışı olub.
Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının ölkəmizdəki səfiri Yuris Maklakovs ilə görüşüb.
Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına uyğun olaraq, NATO-nun Beynəlxalq Dil Koordinasiya Mərkəzinin (BİLC) nümayəndə heyəti Xarici Dil və Tərəfdaşlıq Mərkəzi ilə əməkdaşlıq yaratmaq məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.
Mayın 6-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına müvafiq olaraq, Alyansın təlim və təhsil üzrə ekspert qrupu tərəfindən Silahlı Qüvvələrin müdafiə təlimatçıları üçün seminar keçirilib.