Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2016 09:00

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib

Müdafiə nazirinin müvafiq əmri əsasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib.
Mərasimdə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Müdafiə nazirinin adından buraxılış münasibəti ilə zabitləri təbrik edib.
Mərasimin sonunda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.