AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Türkiyə Respublikasının Konya şəhərində "Anadolu Qartalı - 2016" beynəlxalq təlimi keçirilir.
İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsi "Doğanbey" poliqonunda baş tutub.
İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsində iştirak etmək üçün mayın 30-da Türkiyəyə səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Yüksək Səviyyəli müşahidəçilərlə birgə Təlim İdarəetmə Mərkəzi və Silah sərgisində olub.
Mayın 30-da Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Təhlükəsizlik Şurasının katibi, cənab Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən "Efes-2016" beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil edilən Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 30-da İzmir şəhərinə yola düşüb.
Mayın 28-i İspaniyada Silahlı Qüvvələr Günüdür.
"28 may - Respublika günü" münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Frederik Ben Hodcesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
İspaniya Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 25-də ispaniyalı həmkarı Pedro Morenes Alvaro de Eulate ilə görüşüb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində mayın 25-də bu ölkənin Silahlı Qüvvələri tərkibində fəaliyyət göstərən UME birləşməsini və "İndra sistemləri" şirkətini ziyarət edib.