Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 May 2016 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri "Efes-2016" beynəlxalq təlimlərini müşahidə edib

İzmir şəhərində keçirilən "Efes-2016" beynəlxalq təlimlərinin yekun mərhələsi "Doğanbey" poliqonunda baş tutub.
Yüksək səviyyəli qonaqlar qismində təlimləri izləmək üçün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.
Sonra Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak təlim haqqında qısa məlumatla çıxış edib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli müşahidəçilərlə birgə təlimi izləyib.