Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 May 2016 09:00

Azərbaycan və Sloveniya Silahlı Qüvvələri arasında "Mühazirəçi mübadiləsi" tədbiri keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Sloveniya Respublikası Müdafiə Nazirliyi arasında 2016-cı il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sloveniyada "Mühazirəçi mübadiləsi" tədbiri keçirilir.
Tədbirin məqsədi ölkəmizin tanıdılması, regionda təhlükəsizlik vəziyyəti və həqiqətlərimiz barədə geniş auditoriyaya məlumatın çatdırılması, o cümlədən Silahlı Qüvvələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.
Mayın 3-də Müdafiə Nazirliyinin Beynəlxlaq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Sloveniya Silahlı Qüvvələrinin Hərbi Məktəblər Mərkəzində "Cənubi Qafqazın təhlükəsizliyi üzrə təhdidlərə Azərbaycanın baxışı" mövzusunda mühazirə ilə çıxış edib, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri barədə geniş məlumat verib.
Tədbirdə Sloveniya Hərbi Akademiyasının dinləyiciləri, Hərbi Elmi Mərkəzinin bir sıra mühazirəçiləri, hərbi təhsil müəssisələrinin rəhbər heyəti, o cümlədən Müdafiə Nazirliyi və Baş Qərargahın nümayəndələri iştirak ediblər.