Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2016 09:00

Qarabağ müharibəsi veteranları cəbhə bölgəsinə yola düşüblər

Bir qrup Qarabağ müharibəsi veteranlarının cəbhə bölgəsinə səfəri başlayıb. Onlar cəbhə bölgəsində yerləşən hərbi hissələri ziyarət edəcək, şəxsi heyətlə görüşəcəklər.
Yola düşməzdən əvvəl veteranlar Müdafiə Nazirliyində olublar. Nazirliyin yüksək rütbəli zabitlərin iştirakı ilə keçirilən görüşdə aprelin əvvəllərində ordumuzun əldə etdiyi uğurlardan, əməliyyatlar zamanı əsgərlərimizin hünər və rəşadətindən danışılıb.
Bildirilib ki, mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi və tərbiyəvi işin təşkilində Qarabağ müharibəsi əlillərinin və veteranlarının rolu əvəzsizdir. Onlar mütəmadi olaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olurlar. Bu cür səfərlərin sistemli şəkildə olması məqsədəuyğundur. Şəxsi heyətlə mütəmadi görüşlərin keçirilməsi vacibdir.
Onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən Qarabağ müharibəsi əlilləri və veteranları müharibə illərini xatırlayıb, dayandıqları səngərlərdə Vətən keşiyi çəkən əsgərlərlə görüşməyin əhəmiyyətini vurğulayıblar. Veteranlar işğal altında qalan ərazilərimizin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə azad olunacağına əminliklərini bildiriblər.