AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən bir qrup zabitə növbəti "polkovnik" hərbi rütbəsi verilib.
Noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.
Noyabrın 8-də Dövlət Bayrağı Günü ərəfəsində Müdafiə Nazirliyinin rəhbərliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunların Komandanlığı adından şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.
Noyabrın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi cənab Reymond Maybusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.
Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün təlim kursları təşkil olunub.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri noyabrın 5-də Hərbi Dəniz Qüvvələrinin bazasında olublar.
Xalqın əmin-amanlıqda yaşaması, torpaqların etibarlı müdafiə olunması üçün güclü ordunun olması vacib şərtdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində noyabrın 5-də bu ölkənin Baş naziri cənab Kərim Məsimov ilə görüşüb.