AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 5-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 4-də bu ölkənin hərbi sənaye kompleksinin aparıcı müəssisələrindən olan “Kazakhstan Aselsan Engineering”də olub.
Noyabrın 4-də Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin Müdafiə naziri cənab İmanqali Tasmaqambetov tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.
Qazaxıstan Respublikasına rəsmi səfəri davam edən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 4-də Müdafiə Universitetində olub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 5-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu təhsil ocağının məzunu, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əfqan Hüseynovun xatirəsinə həsr olunan futbol turniri keçirilib.
Noyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Müdafiə naziri cənab İmanqali Tasmaqambetovun dəvəti ilə Qazaxıstana rəsmi səfərə gedib.
Noyabrın 2-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2015-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “NATO-nun əməliyyat planlaşdırma prosesi” mövzusunda təlim kursu başlayıb.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 noyabr 2015-ci il tarixədək 67.737.961,42 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.