Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Noyabr 2015 09:00

Azərbaycanın Müdafiə nazirinin Qazaxıstana rəsmi səfəri davam edir

Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 4-də bu ölkənin hərbi sənaye kompleksinin aparıcı müəssisələrindən olan “Kazakhstan Aselsan Engineering”də olub.
Yüksək texnologiyaların tətbiqinə əsaslanan elektron-optik cihazların istehsalı sahəsində ixtisaslaşan müəssisənin fəaliyyəti ilə tanış olan nümayəndə heyəti məhsulların hazırlanması sahələrinə və sınaq sexlərinə də baxıb.
Sonra Azərbaycan Respublikasının Müdafiə naziri Qazaxıstan Silahlı Qüvvələrinin hərbi bazalarından birini ziyarət edib. Burada general-polkovnik Z.Həsənov hərbi desant kompleksi, hərbi hissənin silah və texnika sərgisi ilə tanış olub. Müdafiə naziri şəxsi heyət tərəfindən nümayiş olunan binaya hücum, gecə və gündüz rejimində müxtəlif silahlardan atəş açma və manelər zolağının dəf edilməsi məşqlərini də izləyib.
Azərbaycanın Müdafiə nazirinin Qazaxıstana səfəri noyabrın 5-dək davam edəcək.