AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 30-da qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub.
Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.
Noyabrın 30-dan dekabrın 4-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) NATO-nun 2-ci regional kollektiv təlim planlaşdırma kursu, noyabrın 30-dan dekabrın 5-dək Belqrad şəhərində (Serbiya) ATƏT-in nazirlər şurasının növbəti görüşü, noyabrın 30-dan dekabrın 11-dək Vişkov şəhərində (Çexiya Respublikası) sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçiriləcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri təlim çərçivəsində hazırlıq vəziyyətinə gətirilib.
Silahlı Qüvvələrin rəhbər heyəti üçgünlük toplantıda iştirak edibNoyabrın 23-dən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilib.
Noyabrın 22-dən 28-dək Tbilisi şəhərində (Gürcüstan) əməliyyat imkanları konsepsiyası proqramı çərçivəsində 1-ci özünü qiymətləndirmədə NATO nümayəndəsi qismində iştirak, noyabrın 23-dən 28-dək Tbilisi şəhərində (Gürcüstan) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və təlim proqramı çərçivəsində 33-cü qiymətləndirici kursu üzrə işçi görüşü, noyabrın 23-dən dekabrın 2-dək Osterholts-Şarmbek şəhərində (Almaniya Federativ Respublikası) çoxmillətli təməl arxa xidməti kursu, noyabrın 23-dən dekabrın 4-dək Ankara şəhərində (Türkiyə) biliklərin idarə edilməsi və təkmilləşdirilməsi kursu keçiriləcək.
Noyabrın 20-də Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissənin müasir tələblərə cavab verən yeni əsgər yataqxanası istifadəyə verilib.
İlin sonunadək beş və yaxın müddətdə daha beş yaşayış binası hərbi qulluqçuların istifadəsinə veriləcəkdirAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Hərbi Hava Qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi, hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən, növbəti aviabazada yeni inşa edilən iki yaşayış binasının noyabrın 19-da açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Füzuli rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhər stadionunda “Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!” devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik bayramı keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 19-da Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.