AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 21 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olub.
Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib.
Noyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Jung Ho-Sub ilə görüşüb.
Noyabrın 10-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO-nun təhsil üzrə ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü başlayıb.
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrdən birində Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə iştirak edib.
2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Siraclı Məhəmməd Malik oğlunun ölümü ilə bağlı Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 9 noyabr - Dövlət Bayrağı Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.