AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 19-da Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Noyabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak ilə görüşüb.
Noyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb.
Noyabrın 16-da Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolakın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.
Noyabrın 17-dən 19-dək Ramşteyn şəhərində (Almaniya Federativ Respublikası) "NATO-da hərbi tərəfdaşlıq fəaliyyətlərinin koordinasiyası prosesi" mövzusunda işçi görüşü keçiriləcək.
Noyabrın 15-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların yerləşdirilməsi, sosial-məişət, sanitar-gigiyenik, əşya-əmlak, qidalanma və ərzaq təminatının yaxşılaşdırılması məqsədilə daim planlı surətdə müvafiq tədbirlər həyata keçirir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən noyabrın 14-də Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində müxtəlif növ ağac və gül kollarının əkilməsi aksiyasına start verilib.
Noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder ilə görüşüb.