Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 2015 09:00

Müdafiə naziri İranın ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb.
Azərbaycan-İran münasibətlərinin inkişafında dövlət başçılarının rolu xüsusi qeyd edilən görüşdə bütün istiqamətlərdə olduğu kimi hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi vurğulanıb.
Hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edən tərəflər əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə Xəzər dənizində iki ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi, hərbi gəmilərin qarşılıqlı dostluq səfərlərinin, müxtəlif istiqamətlərdə ekspertlərdən ibarət işçi görüşlərinin təşkili, təcrübə mübadiləsi məsələlərinə də diqqət yetirilib.
İran İslam Respublikasının Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi polkovnik Əmir Fərəci Moez də görüşdə iştirak edib.