Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2015 09:00

Silahlı Qüvvələrdə ağacəkmə aksiyasına start verilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən noyabrın 14-də Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində müxtəlif növ ağac və gül kollarının əkilməsi aksiyasına start verilib.
Tədbirin keçirilməsində əsas məqsəd yeni istifadəyə verilən hərbi şəhərciklərdə, eləcə də digər hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında yaşıllıq zolaqlarının salınması ilə ərazidə ekoloji mühitinin sağlamlaşdırılması və abadlaşdırılmasıdır.
Bu gün şəxsi heyət və hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə keçirilən yaşıllaşdırma tədbirində 30 mindən artıq yeni ağac və gül kolları əkilib.
Qərara alınıb ki, şəxsi heyətin iştirakı ilə belə ənənəvi tədbirlər mütəmadi olaraq gələcəkdə də davam etdirilsin.