Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2015 09:00

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anıldı

Noyabrın 8-də Dövlət Bayrağı Günü ərəfəsində Müdafiə Nazirliyinin rəhbərliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunların Komandanlığı adından şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
İlk olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun məzarı önünə gətirilən əklillər və gül dəstələrini Müdafiə Nazirliyi adından general-mayor Rasim Əliyev və Daxili Qoşunlar Komandanlığı adından isə general-mayor Şirin Xəlilov qoyub.
Sonra Vətənimizin azadlığı uğrunda şəhid olan digər şəhidlərin də xatirələri yad edilib və məzarları üstünə gül dəstələri qoyulub.