Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Noyabr 2015 09:00

Müdafiə naziri cəbhə bölgəsində istifadəyə veriləcək üç hərbi şəhərcikdə aparılan tikinti işlərinin gedişatını yoxlayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.
Müdafiə nazirliyinin rəhbərliyi cəbhəboyu zonadakı yeni inşa edilən üç hərbi şəhərcikdəki qərargahlar, yataqxanalar, döyüş texnikası üçün saxlanclar, sıra meydanları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti, inzibati bina və qurğularda, eləcə də iki hamam-camaşırxana-qazanxana komplekslərində gedən tikinti işləri ilə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərində Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
Müdafiə Nazirliyinin rəhbərliyi yeni tikilən əsgər yeməkxanalarından birində hərbi qulluqçularla birlikdə nahar edib, mülki qulluqçularla söhbət edərək, müvafiq göstəriş və tövsiyələrini verib.
Cəbhə bölgəsinə səfər çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov tikilməkdə olan digər hərbi şəhərciklərə də baş çəkərək inşaat işlərinin keyfiyyətli ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini veriblər.