Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin növbəti iki pilotsuz uçan aparatı məhv edilib 6 Avqust 2015 09:00

Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd "Krunk-25" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib.

Cəbhə bölgəsindəki hərbi hissələrin sosial-məişət şəraiti ən yüksək səviyyədə olmalıdır 6 Avqust 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu rayonlarda olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə tikilən obyektlərdə olub.

Şəmkirdə görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyi qeyd edilib 5 Avqust 2015 09:00

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən hərbi hissələrdə silsilə tədbirlər davam edir.

Gənc əsgərlər Hərbi And - Vətənə sədaqət andı içməyə hazırdırlar 4 Avqust 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 29 may 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılması başa çatıb.

“Cəsurluq və ləyaqət simvolu” İlham Zəkiyevin cəbhə bölgələrinə səfəri başa çatıb 3 Avqust 2015 09:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Cəsurluq və ləyaqət simvolu” adlandırdığı iki dəfə Paralimpiya çempionu, iki dəfə dünya çempionu, 5 qat Avropa çempionu və respublikamızda uğurla başa çatan Birinci Avropa Oyunlarının çempionu İlham Zəkiyevin cəbhə bölgələrinə səfəri başa çatıb.

Şəhid ailələrinə medallar təqdim edilib 3 Avqust 2015 09:00

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2015-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuş Silahlı Qüvvələrin hərbi qulluqçuları, gizir Əliyev Pərvin Səlahəddin oğlu və kiçik gizir Hüseynov Rahil Əfsər oğlunun, eləcə də Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunmuş gizir Əlizadə Şahmurad Hilal oğlunun medalları təntənəli şəkildə ailələrinə təqdim edilib.

Avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 3 Avqust 2015 09:00

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 avqust 2015-ci il tarixədək 65.933.027,17 AZN, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.

Azərbaycan və Rusiya Müdafiə nazirləri görüşüb 1 Avqust 2015 09:00

Avqustun 1-də Moskva şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında görüş keçirilib.