AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi “Gənc Heydərçilər” hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi on gündən artıq davam edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri praktiki döyüş atışlı təlimlər keçirib.
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin növbəti qrupu Azərbaycana gəlib.
Avqustun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində yaxından iştirak edən bir qrup ictimaiyyət nümayəndəsi ilə görüşüb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanla Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə Qoşunları praktiki döyüş atışlarını icra edib.
ATƏT-in nümayəndələri kənd sakinlərinin iradlarını dinləməli olublarATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Yeni hərbi attaşe təqdim olunubAzərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkun ilə görüşüb.
Müdafiə Nazirliyi və Ağcabədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən vətənpərvərlik tədbirləri artıq ənənə şəklini alıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Mingəçevir şəhər icra haki-miyyətinin birgə təşkilatçılığı ilə “Ön səngərdən gələn var” adlı tədbir keçirilib.
Düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıbAvqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.