AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fəaliyyət müddəti başa çatan Türkiyə Respublikasının Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler ilə görüşüb.
Naxçıvan Qarnizonunun Zabitlər Evində C.Naxçıvanskinin 120 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Şəhidlər Xiyabanını ziyarət edərək cəbhə bölgələrinə yola düşüblər.
Bu günlərdə hərb tariximizin tanınmış simalarından olan general C.Naxçıvanskinin anadan olmasının 120 illiyi Azərbaycan Hərb Tarixi Muzeyində təntənəli qeyd olunub.
Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2015-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr ölkəmizdə uğurla həyata keçirilməkdədir.
Avqustun 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığının yoxlamalarının nəticələrinə həsr olunan toplantılar keçirib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olaraq döyüş hazırlığını yoxlayır.