AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yay istirahətini doğulub boya başa çatdığı Gədəbəy rayonunun Kəsəmən kəndində keçirən respublikanın Əməkdar müəllimi, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, professor Rəşid Mahmudovu bu günlər tez-tez doğma diyarın keşiyini çəkən Vətən oğullarının arasında görmək olar.
Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2015” taktiki təlimləri keçiriləcək.
Gədəbəy rayonunda, düşmənlə təmas xəttində “İsgəndər qalası” deyilən yenilməz və möhtəşəm bir qala var.
Avqustun 17-də Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan “Gənc Heydərçilər”in hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yolasalma mərasimi keçirilib.
Avqustun 16-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Avqustun 13-dən başlanan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmilərinin Bakıya rəsmi səfəri başa çatıb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə beynəlxalq hərbi oyunların bağlanış mərasimində iştirak etmək üçün Moskva şəhərinə gedib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Avqustun 13-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmilərinin, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin Bakıya rəsmi səfəri başlayıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.