Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2015 09:00

Şəmkirdə görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyi qeyd edilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən hərbi hissələrdə silsilə tədbirlər davam edir. Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanskinin anadan olmasının 120 illiyinə həsr olunmuş növbəti tədbir Şəmkir hərbi birləşməsində keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini hörmət və ehtiramla yad ediblər.
Müdafiə Nazirliyinin zabiti, Nazim Əhmədov, hərbi hissənin zabitləri Loğman Xanlarov və Kamran Heybətov çıxış edərək görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin hərb tariximizdəki müstəsna xidmətləri, bacarıqlı sərkərdə kimi keçdiyi şərəfli döyüş yolu və Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə göstərdiyi şücaətlərdən danışıblar.
Tədbirdə C.Naxçıvanskinin 43 illik qısa, lakin şərəfli ömür yolunu əks etdirən sənədli film, foto sərgi və slaydlar nümayiş etdirilib.