AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-nun Psixoloji Əməliyyatları" mövzusunda təlim kursu başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri davam edir.
Sentyabrın 15-dən 19-dək Bakı şəhərində "Silahlı Qüvvələr demokratiyada" mövzusunda seminar, Qarmiş-Partenkirxen şəhərində (Almaniya) "Maddi Texniki Təminat üzrə qarşılıqlı uyarlılıq" mövzusunda simpozium, 22-dək Zaqreb şəhərində (Xorvatiya) "Strike 2014" təlimində müşahidəçi qismində iştirak, 26-dək isə Souda şəhərində (Yunanıstan) "Hərbi dəniz əməliyyatları üzrə terminologiya" kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil testi seminarı keçiriləcək.
Sentyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Müdafiə Qüvvələri Komandanının müdafiə məsələləri üzrə məsləhətçisi general-mayor Əbdüləziz bin Əhməd Əl-Xəlifəni qəbul edib.
Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çexiya Respublikası Müdafiə nazirinin müavini cənab Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası "Ümumiçin İdxal-İxrac Dəqiq Maşınqayırma" korporasiyası idarə heyətinin vitse-prezidenti cənab Van Suçanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq inkişaf direktoratlığının rəisi general Stefan Rebin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası Müdafiə Sənayesi Təşkilatının baş direktoru briqada generalı Qasım Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Koreya Respublikası Müdafiə Təminatı Proqramı Administrasiyasının nazir müavini cənab Kim Çul Sunu qəbul edib.