Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2014 09:00

Bakıda "NATO-nun Psixoloji Əməliyyatları" mövzusunda təlim kursu keçirilir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-nun Psixoloji Əməliyyatları" mövzusunda təlim kursu başlayıb.
Kursda Silahlı Qüvvələrimizin ayrı-ayrı qoşun növlərini təmsil edən zabitlər iştirak edərək yeni bilik və vərdişlər qazanacaq, psixoloji əməliyyatların keçirilməsilə bağlı bacarıqlarını zənginləşdirəcəklər.
Kurs ərzində NATO-nun informasiya əməliyyatları ilə bağlı siyasəti, böhranlara cavab əməliyyatlarının mahiyyəti, qanunvericilik baxımından həmin əməliyyatların keçirilməsi prinsipləri, psixoloji əməliyyatlar və media məlumatlarının təhlili, o cümlədən, digər məsələlər barədə təqdimatlar dinləyicilərin diqqətinə çatdırılacaq.
Təlim kursu sentyabrın 18-dək davam edəcək.