Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq inkişaf direktoratlığının rəisini qəbul edib

Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq inkişaf direktoratlığının rəisi general Stefan Rebin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Azərbaycan və Fransa arasında qarşılıqlı maraq doğuran hərbi və hərbi-texniki məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye də iştirak edib.