AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Valdas Lastauskası qəbul edib.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri bu gün də davam edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən "Silahlı Qüvvələr demokratik cəmiyyətdə" mövzusunda seminar keçirilib.
Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti irimiqyaslı birgə təlimlərdə iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.
İrimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri sentyabrın 18-də Azərbaycana gəlib.
Keçirilən irimiqyaslı təlimlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və asudə vaxtının təşkilinə də xüsusi diqqət yetirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyə Respublikasının hərbi tədris müəssisələrinin zabit, gizir və kursantlarından ibarət nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.