Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 2014 09:00

Azərbaycanın Əməkdar artist Azərin təlim iştirakçıları qarşısında çıxış edib

Keçirilən irimiqyaslı təlimlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və asudə vaxtının təşkilinə də xüsusi diqqət yetirilir.
Bu məqsədlə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin təşkilatçılığı təlimlərə cəlb olunmuş ehtiyatdan çağırılan hərbi vəzifəlilər qarşısında mədəni-kütləvi tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar Artisti Azərin və Gəncə Qarnizon Zabitlər Evinin yaradıcı kollektivi şəxsi heyət qarşısında geniş konsert proqramı ilə çıxış edib. Konsertdə hərbi-vətənpərliyi tərənnüm edən mahnılar səsləndirilib.