Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyə Respublikasının hərbi tədris müəssisələrinin zabit, gizir və kursantlarından ibarət nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.
Səfər çərçivəsində qonaqlar sentyabrın 18-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar. Türkiyə nümayəndə heyəti Hərbi Liseyin komandanlığı ilə görüşüb və onlara məktəb haqqında brifinq təqdim olunub. Qonaqlar məktəbin ərazisi, tədris korpusları, maddi-texniki bazası və liseyin muzeyini gəzib, o cümlədən tədris prosesi ilə tanış olublar. Sonda qonaqlara lisey adından xatirə hədiyyəsi təqdim edilib.
Səfər sentyabrın 20-də sona çatacaq.