AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 8-dən 12-dək Neapol şəhərində (İtaliya) Peşəkar çavuş kadrlarının hazırlığı mövzusunda seminar, 19-dək Tbilisi şəhərində (Gürcüstan) Daha geniş təhlükəsizlik mühitində müdafiənin idarə olunması kursu, sentyabrın 11-dən 28-dək isə Lvov şəhərində (Ukrayna) Rapid Trident-2014 komanda-qərargah təlimi keçiriləcək.
Müdafiə Nazirliyi bildirir ki, Yerevandakı hərbi-siyasi rejim növbəti dəfə Ermənistan Müdafiə Nazirliyinin yaydığlı bəyanatla bu ölkədəki acınacaqlı vəziyyəti etiraf etmək məcburiyyətində qalıb.
Sentyabrın 5-dən 13-dək Ekenas şəhərində (Finlandiya) Böhranların idarə edilməsi üzrə çoxmillətli NOCO 2014 təlimi keçiriləcək.
Sentyabrın 2-da Müdafiə Nazirliyi ilə Səbail Rayon İcra Hakimiyyətinin birgə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsdə iki həftə ərzində davam edən "Gənc Heydərçilər" hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi layihəsinin rəsmi bağlanış mərasimi keçirilib.
Sentyabrın 1-də şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunun ilk buraxılışına həsr olunmuş mərasim keçirilib.
Avqustun 26-da Ermənistan Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.
Sentyabrın 1-dən 5-dək Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, Ştutqart şəhərində (Almaniya) Hüquq üzrə 7-ci beynəlqalx konfrans, sentyabrın 12-dək isə Ankara şəhərində (Türkiyə) Kiber müdafiə üzrə təlim kursu keçiriləcək.