Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2014 09:00

Bakıda "Silahlı Qüvvələr demokratik cəmiyyətdə" mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən "Silahlı Qüvvələr demokratik cəmiyyətdə" mövzusunda seminar keçirilib.
Seminarda dünyanın bəzi aparıcı dövlətlərinin Silahlı Qüvvələrinin yaradılması, inkişafı, modernləşdirilməsi, təhlükəsizlik sektorunda islahatların həyata keçirilməsi, NATO-ya üzv dövlətlərin bu sahədə təcrübəsi və digər məsələlər barədə müzakirələr aparılıb.
Seminara sentyabrın 19-da yekun vurulub.