Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri İran İslam Respublikasının Müdafiə Sənayesi Təşkilatının baş direktorunu qəbul edib

Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası Müdafiə Sənayesi Təşkilatının baş direktoru briqada generalı Qasım Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı regional təhlükəsizlik və ölkələrimiz arasında hərbi sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayin iştirak edib.