Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2014 09:00

Azərbaycan Respublikasının Müdafiə naziri Çexiya Respublikası Müdafiə nazirinin müavinini qəbul edib

Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çexiya Respublikası Müdafiə nazirinin müavini cənab Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib, hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.