Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 30 İyun 2010 00:03

Tədbirlərin siyahısı FTP-yə əsasən05-07.07.2010 NATO-nun Beynəlxalq Qərargahının Beynəlxalq Dil Əlaqələndirilməsi Ofisinin Azərbaycana səfəriBakı, AzərbaycanSülhü Dəstəkləmə əməliyyatları üzrə Planlaşdırma Kursu05.07-16.07.2010Vişkov, Çex RespublikasıHDQ informasiya toplantısı06-08.07.2010Kramezhof, Rostok, Stralsund, AFR"Early Vektor” səhra təliminin yekun hissəsi08-16.07.2010Amman, İordaniyaAzərbaycan-ABŞ iş planına əsasən12-14.07.2010 Azərbaycan-ABŞ arasında ikitərəfli müdafıə məsləhətləşmələri Bakı, AzərbaycanBirgə münaqişə və taktiki əməliyyatların simulyasiyası12-16.07.2010Qrafenvör, AFRAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən12-23.07.2010 Xarici hərbi heyət üçün tabor komandirliyi kursu İstanbul, TürkiyəAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən12.07-13.08.2010 Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin 3-cü kursunu bitirən kursantların “Açıq Dəniz Təlimi-3”-də iştirakıİstanbul, TürkiyəAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən12-18.07.2010 “Türk dili terminologiyası” təlimiİstanbul, TürkiyəAzərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən19-30.07.2010 “Kütləvi Qırğın Silahlarından müdafiə üzrə təlimatçılar” kursuİstanbul, TürkiyəFTP-yə əsasən13-14.07.2010 NATO Məktəbinin (Oberammerqau) Mobil Təhsil və Təlim Qrupunun Azərbaycana səfəriBakı, Azərbaycan Qüvvələrin hərəkətinin və açılmasının idarə edilməsi sistemi (ADAMS) üzrə təməl kursu 19-30.07.2010Latina, İtaliyaATƏT iştirakı dövlətlərinin Xarici İşlər nazirləri Şurasının növbəti görüşü 15-18.07.2010Alma-Ata, Qazaxıstan FTP-dan əlavə19-23.07.2010 Müstəsna iqtisadi zonalar haqqında kurs Bakı, Azərbaycan.

Müdafiə Nazirliyinin məlumatı 30 İyun 2010 00:02

İyun ayının 29-u saat 19:30 radələrində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrindən birində ağır hadisə baş vermişdir.

Müdafiə Nazirliyinin məlumatı 30 İyun 2010 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 29-da saat 19:20-dən 19:30-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;- iyunun 29-da saat 12:20-dən 12:50-dək, saat 23:05-dən 23:20-dək, iyunun 30-da saat 00:05-dən 00:10-dək, saat 00:35-dən 00:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- iyunun 29-da saat 15:00-dan 15:15-dək, saat 15:45-dən 16:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 11:00-dan 11:10-dək, 14:35-dən 14:45-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- iyunun 30-da saat 04:50-dən 05:00-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 29 İyun 2010 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 28-də saat 10:30-dan 10:35-dək, saat 22:55-dən 23:15-dək, saat 23:35-dən 23:55-dək, iyunun 29-da saat 00:40-dan 00:55-dək, saat 02:40-dan 02:55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı, Qorqan, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 13:40-dan 14:25-dək, saat 19:50-dən 20:20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən;- iyunun 28-də saat 17:30-dan 17:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 17:55-dən 18:00-dək, saat 23:45-dən 23:50-dək, iyunun 29-da saat 00:30-dan 00:40-dək Ağdam rayonunun Sarcalı, Yusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- iyunun 28-də saat 23:45-dən 00:05-dək, iyunun 29-da saat 02:40-dan 03:00-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 28 İyun 2010 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 27-də saat 07:40-dan 08:15-dək, saat 16:10-dan 16:40-dək, saat 18:25-dən 18:40-dək, saat 20:40-dan 20:50-dək, iyunun 28-də saat 03:00-dan 03:55-dək, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən;- iyunun 27-də saat 19:30-dan 19:35-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- iyunun 28-də saat 01:40-dan 02:00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 12:00-dan 12:15-dək, saat 22:35-dən 22:50-dək, iyunun 28-də saat 03:00-dan 03:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 26 İyun 2010 00:01

İyunun 26-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Milli ordumuzun yaradılmasının 92-ci ildönümü münasibəti ilə ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 26 İyun 2010 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 25-də saat 08:05-dən 08:35-dək, saat 14:05-dən 14:25-dək, saat 16:15-dən 16:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 17:05-dən 17:15-dək, saat 21:30-dan 21:45-dək, saat 23:50-dən 00:15-dək, iyunun 26-da saat 00:23-dən 00:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə;- Aşağı Əbdürrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyunun 25-də saat 09:40-dan 09:55-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- iyunun 26-da saat 01:30-dan 01:48-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyunun 26-da saat 04:20-dən 05:10-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;- iyunun 25-də saat 22:40-dan 23:10-dək, iyunun 26-da saat 00:40-dan 01:40-dək Tərtər rayonunun Çaylı, Həsənqaya, Yarımca, Qızıloba, Seysulam kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 25 İyun 2010 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 24-də saat 08:10-dan 08:20-dək, 13:00-dan 13:30-dək, iyunun 25-də saat 02:05-dən 02:25-dək və 08:05-dən 08:35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- iyunun 24-də saat 11:10-dan 11:20-dək, 21:05-dən 21:15-dək, iyunun 25-də saat 06:00-dan 06:15-dək və saat 07:50-dən 08:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- iyunun 24-də saat 22:30-dan 22:40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 22:30-dan 22:40-dək, iyunun 25-də saat 00:25-dən 00:50-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 01:30-dan 01:45-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatı 24 İyun 2010 00:01

2010-cu il iyun ayının 21-dən 24-dək Müdafıə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələri ilə “Azərbaycan Respublikasına qarşı yönəlmiş silahlı təcavüzün dəf edilməsi məqsədi ilə müxtəlif güc strukturlarının birgə fəaliyyətinin planlaşdırılması və təşkili.

Müdafiə Nazirliyinin məlumatı 24 İyun 2010 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 23-də saat 13:10-dan 13:25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 12:55-dən 13:20-dək, 15:05-dən 15:20-dək, 15:05-dən 15:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 10:00-dan 10:35-dək, 21:50-dən 22:10-dək, 22:50-dən 23:10-dək və iyunun 24-də saat 01:00-dan 01:30-dək, Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 02:05-dən 02:25-dək və 02:20-dən 02:30-dək Ağdam rayonunun Kəngərli və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 03:45-dən 04:20-dək və 03:40-dan 04:15-dək Tərtər rayonunun Qızıloba və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.