Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 28-də saat 10:30-dan 10:35-dək, saat 22:55-dən 23:15-dək, saat 23:35-dən 23:55-dək, iyunun 29-da saat 00:40-dan 00:55-dək, saat 02:40-dan 02:55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı, Qorqan, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 13:40-dan 14:25-dək, saat 19:50-dən 20:20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- iyunun 28-də saat 17:30-dan 17:35-dək Xocavənd  rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17:55-dən 18:00-dək, saat 23:45-dən 23:50-dək, iyunun 29-da saat 00:30-dan 00:40-dək Ağdam rayonunun Sarcalı, Yusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- iyunun 28-də saat 23:45-dən 00:05-dək, iyunun 29-da saat 02:40-dan 03:00-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.