Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 24-də saat 08:10-dan 08:20-dək, 13:00-dan 13:30-dək, iyunun 25-də saat 02:05-dən 02:25-dək və 08:05-dən 08:35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- iyunun 24-də saat 11:10-dan 11:20-dək, 21:05-dən 21:15-dək, iyunun 25-də saat 06:00-dan 06:15-dək və saat 07:50-dən 08:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- iyunun 24-də saat 22:30-dan 22:40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 22:30-dan 22:40-dək, iyunun 25-də saat 00:25-dən 00:50-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 01:30-dan 01:45-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.