Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 25-də saat 08:05-dən 08:35-dək, saat 14:05-dən 14:25-dək, saat 16:15-dən 16:45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 17:05-dən 17:15-dək, saat 21:30-dan 21:45-dək, saat 23:50-dən 00:15-dək, iyunun 26-da saat 00:23-dən 00:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə;
- Aşağı Əbdürrəhmanlı və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyunun 25-də saat 09:40-dan 09:55-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- iyunun 26-da saat 01:30-dan 01:48-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyunun 26-da saat 04:20-dən 05:10-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- iyunun 25-də saat 22:40-dan 23:10-dək, iyunun 26-da saat 00:40-dan 01:40-dək Tərtər rayonunun Çaylı, Həsənqaya, Yarımca, Qızıloba, Seysulam kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
 Düşmən cavab atəşi ilə susdurulub.
 İtki yoxdur.