Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyun 2010 00:02

Müdafiə Nazirliyinin məlumatı

İyun ayının 29-u saat 19:30 radələrində Müdafiə Nazirliyinin “N” saylı  hərbi hissələrindən birində ağır hadisə baş vermişdir. Əsgər Məmmədrzayev Cəfər Sərdar oğlu avtomat silahından atəş açaraq iki əsgəri - Qəhrəmanov İlkin Allahverdi oğlunu və Əliyev Elvin İlkin oğlunu qətlə yetirmişdir. Digər əsgər Musayev Asif İlham oğlu İsa yaralanmışdır. Sonda əsgər Məmmədrzayev Cəfər Sərdar oğlu intihar etmişdir.
Müdafiə nazirinin göstərişi ilə bir qrup idarə rəisi hadisəni araşdırmaq üçün dərhal həmin hərbi hissəyə ezam edilmişdir.  
Respublika Hərbi Prokurorluğu faktla bağlı cinayət işi qaldırmışdır. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.