Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyun 2010 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 27-də saat 07:40-dan 08:15-dək, saat 16:10-dan 16:40-dək, saat 18:25-dən 18:40-dək, saat 20:40-dan 20:50-dək, iyunun 28-də saat 03:00-dan 03:55-dək, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- iyunun 27-də saat 19:30-dan 19:35-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- iyunun 28-də saat 01:40-dan 02:00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 12:00-dan 12:15-dək, saat 22:35-dən 22:50-dək, iyunun 28-də saat 03:00-dan 03:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.  
Düşmən cavab atəşi ilə susdurulub.  
İtki yoxdur.