AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 13-də saat 12:20-dən 12:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Aprelin 13-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev İordaniya Haşimiyyə Krallığına rəsmi səfərə yola düşüb.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 13-də saat 01:00-dan 01:20-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 05:30-dan 06:10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 05:55-dən 06:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 11-də saat 01:50-dən 02:10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelerini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində Hərbi Akademiyadan briqada və korpusa dair taktiki dərsləri verən 3 müəllimin Türkiyə Hərbi Akademiyalarında təşkil ediləcək seminarlarda iştirakı (12-18 aprel); Təməl dağıdıcı kursu (20 aprel-01 may); Naxçıvanski adına Hərbi Lisey rəisinin Türkiyə Hərbi Liseylərinə ziyarəti və müəllim heyətinin Türkiyənin Hərbi Liseylərində dərslərdə iştirakı (20-24 aprel); 1 -ci dərəcəli dalğıc xüsusi ixtisas kursu (23 aprel 2009-5 mart 2010); Sualtı müdafiə (SAS) xüsusi ixtisas kursu (23 aprel 2009-09 aprel 2010); Ankara şəhərində Anadolu Birləşmiş Xüsusi Qüvvələr təliminin planlaşdırma konfransı (14 aprel); Azərbaycan Ali Hərbi Məktəbindən 2 müəllimin Türkiyə Quru Qoşunları Hərbi Məktəbində dərslərdə iştirakı (26 aprel-02 may); Bakı şəhərində Hərbi Elmi Mərkəzlə tanışlıq və elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi (20-23 aprel); Azərbaycan-Türkiyə Kəşfiyyat (REM) əməkdaşlığı, illik koordinasiya Azərbaycan toplantısı (27-30 aprel); Gölcük və Kocaeli şəhərlərində Döyüş hazırlığı və davamlılıq uğrunda mübarizə mövzusunda təlim (20-24 aprel);Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Gürcüstan Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tədris sistemi ilə tanışlıq səfəri (13-15 aprel) keçirilir.
- Ankaran şəhərində (Sloveniya) Hərbi Attaşelər üçün Sloveniya Hərbi Dəniz Qüvvələri bazasına səfər (13-14 aprel);- Koblents və Köln şəhərlərində (Almaniya) “Quru Qoşunlarının gələcək inkişafı” və “Quru Qoşunları Bundesverin xarici missiyalarda fəaliyyəti” mövzularında informasiya toplantıları (21-23 aprel) keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Bakı şəhərində Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Proqram çərçivəsindeə NATO ekspertləri ilə məsləhətləşmələr (20-24 aprel);- Lyublyana şəhərində (Sloveniya) NATO Birləşmiş Əməliyyat, Birləşmiş Transformasiya və Tərəfdaşlığın Koordinasiya Qrupunun Hərbi Əmakdaşlığın Koordinasiyası üzrə işçi görüşü (20-24 aprel); - Oberammerqau şəhərində (Almaniya) Mülki-Hərbi Əməkdaşlıq (CİMİC) Qərargahı kursu (20-24 aprel); Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin Qərargahına təyin olunması nəzərdə tutulmuş zabitlər üçün kurs (20-24 aprel);- İzmir şəhərində (Türkiyə) Hava əməliyyatları üzrə təkmilləşdirilmiş terminologiya kursu (27 aprel-08 may) keçirilir.
“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:- İstanbul şəhərində (Türkiyə) Hərbi Dəniz Qüvvələri məktəblərinin 12-ci dənizçilik yarışmaları (12-18 aprel); - Oberammerqau şəhərində (Almaniya) NATO Məktəbində keçirilən tədbirlərin planlaşdırıcıları mövzusunda seminar (16 aprel); - Tirana şəhərində (Albaniya) “Terrorizm təhdidi ilə mübarizə:
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 8-də saat 14:55-dən 15:05-dək Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelerini;- saat 11:40-dan 11:45-dək və 16:05-dən 16:10-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 23:35-dən aprelin 9-na keçən gecə saat 00:05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 01:40-dan 01:55-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 7-də saat 11:25-dən 11:35-dək və 16:15-dən 16:55-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı və Mosesqex kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəklikləri və Koxanəbi kəndi ərazisindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.