Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 13-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev İordaniya Haşimiyyə Krallığına rəsmi səfərə yola düşüb. Onun İordaniya Haşimiyyə Krallığının baş naziri Nadir Dəhabi və Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general-polkovnik Xalid Cəmil Əl-Sarayrah ilə görüşləri nəzərdə tutulur.
İordaniya Birləşmiş Qərargah rəisləri Komitəsi sədrinin dəvəti ilə baş tutan bu səfərdə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.