Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2009 00:04

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində Hərbi Akademiyadan briqada və korpusa dair taktiki dərsləri verən 3 müəllimin Türkiyə Hərbi Akademiyalarında təşkil ediləcək seminarlarda iştirakı (12-18 aprel); Təməl dağıdıcı kursu (20 aprel-01 may); Naxçıvanski adına Hərbi Lisey rəisinin Türkiyə Hərbi Liseylərinə ziyarəti və müəllim heyətinin Türkiyənin Hərbi Liseylərində dərslərdə iştirakı (20-24 aprel); 1 -ci dərəcəli dalğıc xüsusi ixtisas kursu (23 aprel 2009-5 mart 2010); Sualtı müdafiə (SAS) xüsusi ixtisas kursu (23 aprel 2009-09 aprel 2010); Ankara şəhərində Anadolu Birləşmiş Xüsusi Qüvvələr təliminin planlaşdırma konfransı (14 aprel); Azərbaycan Ali Hərbi Məktəbindən 2 müəllimin Türkiyə Quru Qoşunları Hərbi Məktəbində dərslərdə iştirakı (26 aprel-02 may); Bakı şəhərində Hərbi Elmi Mərkəzlə tanışlıq və elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi (20-23 aprel); Azərbaycan-Türkiyə Kəşfiyyat (REM) əməkdaşlığı, illik koordinasiya Azərbaycan toplantısı (27-30 aprel); Gölcük və Kocaeli şəhərlərində Döyüş hazırlığı və davamlılıq uğrunda mübarizə mövzusunda təlim (20-24 aprel);
Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Gürcüstan Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tədris sistemi ilə tanışlıq səfəri (13-15 aprel) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.