NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Bakı şəhərində Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Proqram çərçivəsindeə NATO ekspertləri ilə məsləhətləşmələr (20-24 aprel);
- Lyublyana şəhərində (Sloveniya) NATO Birləşmiş Əməliyyat, Birləşmiş Transformasiya və Tərəfdaşlığın Koordinasiya Qrupunun Hərbi Əmakdaşlığın Koordinasiyası üzrə işçi görüşü (20-24 aprel);
- Oberammerqau şəhərində (Almaniya) Mülki-Hərbi Əməkdaşlıq (CİMİC) Qərargahı kursu (20-24 aprel); Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin Qərargahına təyin olunması nəzərdə tutulmuş zabitlər üçün kurs (20-24 aprel);
- İzmir şəhərində (Türkiyə) Hava əməliyyatları üzrə təkmilləşdirilmiş terminologiya kursu (27 aprel-08 may) keçirilir.