AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 20-də saat 20:15-dən 20:25-dək və 20:45-dən 20:50-dək Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 19-da saat 15:00-dan 15:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 16:30-dan 16:45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Aprelin 18-də Bakıda Sülh Naminə Tərəfdaşlıq ruhunda “Regional Cavab-2009” Beynəlxalq hərbi təliminə start verilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 17-də saat 19:50-dən 20:00-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən; - aprelin 18-də saat 05:45-dən 06:10-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar .
Hərbi çağırış qaydalarında həyata keçirilən təkmilləşdirmə işinin daha səmərəli aparılması, komplektləşdirmədə qüsurlara yol verilməməsi üçün Müdafiə Nazirliyinin Baş Qərargahının Təşkilat Səfərbərlik İdarəsinin nəzdində “Qaynar xətt” yaradılması və eyni zamanda, valideynlərin, çağırışçıların yaxınlarının şikayət və narazılıqlarını araşdırmaq üçün nazirliyin tərbiyəvi işlər idarəsinin nəzdində işçi qrupun fəaliyyətə başlaması barədə xəbər verilib.
Aprelin 17-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev İraqın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayılı qəbul edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 16-da saat 11:50-dən 12:15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:15-dən 20:25-dək və aprelin 17-də saat 05:50-dən 05:55-dək Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 02:10-dan 02:20-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 15-də saat 17:10-dan 17:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 20:50-dən 21:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 21:15-dən 21:35-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev aprelin 13-dən 15-dək İordaniya Haşimiyyə Krallığında rəsmi səfərdə olub.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 14-də saat 21.05-dən 21.30-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən;- aprelin 15-də saat 05.30-dan 05.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.