Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev aprelin 13-dən 15-dək İordaniya Haşimiyyə Krallığında rəsmi səfərdə olub. Onun İordaniya Haşimiyyə Krallığının baş naziri, müdafıə naziri cənab Nader Dəhabi ilə görüşü keçirilib. Görüşdə Azərbaycan-İordaniya əlaqələrinin hazırki inkişaf səviyyəsi və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı münasibətlərə xoş töhfələr verməsi önə çəkilib. Eyni zamanda, İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Komitəsində Azərbaycanın müdafıə naziri Səfər Əbiyevin rəsmi qarşılanma mərasimi düzənlənib. Daha sonra Səfər Əbiyevin İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general-polkovnik Xalid Cəmil Əl-Sarayrah ilə də görüşü olub.
İordaniya Birləşmiş Qərargah rəisləri Komitəsi sədrinin dəvəti ilə baş tutan bu səfərdə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.     
Səfər zamanı İordaniyanın nümunəvi hərbi hissələrinə tanışlıq ziyarəti edilib.