Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Aprel 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 18-də Bakıda Sülh Naminə Tərəfdaşlıq ruhunda “Regional Cavab-2009” Beynəlxalq hərbi təliminə start verilib. Təlimin açılışında Azərbaycan tərəfdən çıxış edən Baş Qərargah rəisinin müavini general-mayor Eyvaz Cəfərov iştirakçıları salamlayandan sonra tədbirin mərhələləri barədə məlumat verib və Azərbaycanda keçirilən əvvəlki beynəlxalq təlimlərdən danışıb. ABŞ-ın Avropa üzrə Quru Qoşunlarının komandanı general Karter Hem isə Azərbaycanlı sülhməramlı kontingentin təhlükəsizliyin təmin edilməsində uğurlu iştirakını önə çəkərək, dövlətlərarası hərbi əməkdaşlığın perspektivlərindən bəhs edib. Daha sonra təlimin açılışı təntənəli marşla başa çatıb. Qeyd edək ki, 18-26 aprel tarixində keçirilməsi planlaşdırılır, təlim Azərbaycan ilə NATO arasında hazırkı əməkdaşlığı tənzimləyən Fərdi Tərəfdaşlıq üzrə əməliyyat Planı çərçivəsində planlaşdırılan tədbirlərə töhfə vermək məqsədilə keçirilir.
Xəbər verdiyimiz kimi təlim çoxmillətli sülhməramlı əməliyyatlar ssenarisinə müvafiq olaraq, bölmə və tağım səviyyəsində 3 gün qərargah və 5 gün səhra təlimi formatında keçiriləcəkdir. Təlim, əsasən, aşağıdakı məsələləri əhatə edəcəkdir: nəzarət-keçid məntəqələrinin yoxlanılması, yolların təhlükəsizliyi, məhdud sənədlərin, təhcizat və materialların hazırlanması, əlaqələndirilmənin təşkili, binanın mühasirəsi və axtarılması, döyüşə cəlb olunma qaydaları, müntəzəm və müfəssəl məruzələrin hazırlanması.
Aprelin 24-də Təlimin Yüksək Səviyyəli Qonaqlar günündə Azərbaycanda akkreditə olunmuş hərbi Attaşelərin iştirakı nəzərdə tutulur.