AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 29-da saat 23:00-dan 23:35-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 29-da saat 07:55-dən 08:10-dək Ermənistan Respublikasının İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 27-də saat 20:10-dan 20:45-dək, 21:00-dan 21:40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex və Çinarlı kəndləri, İcevan rayonu Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax və Tovuz rayonlarının ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Əlibəyli, Koxanəbi və Ağbulaq kəndləri ərazisində yerləşən mövqelərini;- saat 17:40-dan 18:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- aprelin 28-də saat 06:00-dan 06:15-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 29-da Azərbaycan Respublikasının Tovuz rayonunun Köhnənəbi kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 26-da saat 09:10-dan 09:20-dək Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini;- saat 15:25-dən 15:35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - aprelin 27-də saat 00:15-dən 00:25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Aprelin 23-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup millət vəkili, Qeyri Hökumət Təşkilatlarının (QHT) rəhbərləri və qəzet baş redaktorları cəbhə bölgəsində səfərdə olublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 24-də saat 23:35-dən 23:41-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- aprelin 25-də saat 00:20-dən 00:40-dək, 05:50-dən 05:55-dək və 06:20-dən 06:25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin Türkiyəyə rəsmi səfəri Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı İlker Başbuğun dəvəti ilə həyata keçirilir.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 23-də saat 10:25-dən 10:40-dək Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini;- saat 18:00-dan 18:15-dək və 19:00-dan 19:55-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:00-dan 22:10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - aprelin 24-də saat 04:05-dən 04:20-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 04:30-dan 04:50-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Aprelin 23-də Azərbaycan Respublikasının müdafıə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.